2024-cü ilin birinci rübündə Türkiyədən Azərbaycana 808 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.
İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 44,2 % çoxdur.
Həmçinin cari ilin mart ayında Türkiyədən ölkəmizə 94 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 67,1 % azdır.