Azərbaycan martda OPEC kvotasını 87,3% istifadə edib

Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 87,3% istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.