“Microsoft” İndoneziyada 1,7 milyard dollarlıq investisiya qoyacaq

Şirkətin internet saytında verilən açıqlamada “Microsoft”un baş direktoru Satya Nadellanın paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüyü və texnologiya sahəsində investisiyaları müzakirə etdiyi bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada, məlumatların saxlanacağı yeni bulud sistemi və süni intellekt infrastrukturunun inkişafı üçün İndoneziyada qarşıdakı 4 il ərzində 1,7 milyard dollarlıq investisiya qoyulacağı qeyd edilib.

Açıqlamada bildirilib ki, investisiya həm də 840 min insana süni intellekt təhsili verəcək: “Bu gün elan etdiyimiz rəqəmsal infrastruktur, bacarıqların əldə edilməsi və tərtibatçılara dəstək kimi investisiyalar İndoneziyanın inkişafına kömək edəcək”.

Açıqlamada 1,7 milyard dollarlıq sərmayənin “Microsoft”un İndoneziyaya ən böyük investisiyası olacağı açıqlanıb.