Avropanın ən böyük 4 iqtisadiyyatı daha da böyüyüb

“Avrozona”nın 4 ən böyük iqtisadiyyatında iqtisadi artım proqnozları üstələyib.

İndex.az xəbər verir ki, Almaniya, Fransa, İspaniya və İtaliyanın iqtisadiyyatları 2024-cü ilin birinci rübündə proqnozlaşdırılandan çox böyüyüb.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada iqtisadiyyat birinci rübdə əvvəlki rüblə müqayisədə 0,2% artıb.

Gözləntilərə görə artım 0,1% olacaqdı.

Avropanın ikinci ən böyük iqtisadiyyatı olan Fransa eyni dövrdə 0,2% böyüyüb.

2023-cü ilin son rübündə iqtisadi artım 0,1% olub.

Ölkədə illik inflyasiya 2,2%-lik proqnozu üstələyərək 2,4% təşkil edib.

İtaliya iqtisadiyyatı birinci rübdə 0,3% artıb.

Proqnozlar artımın 0.1% olacağı idi.

Dünən açıqlanan məlumatlar göstərdi ki, İspaniyada artım 0,7% olub.

İspaniyada iqtisadiyyatın 0,4% artacağı gözlənilirdi.