SOCAR-ın idarəsinin qeyri-neft ixracından gəliri 4 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 62,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Bildirilir ki, bu, 2023-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 3,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib.