Birləşmiş Ərəb Əmirlikləri Dubayda uçan taksi xidmətinin tezliklə başlayacağını açıqladı.
İndex.az xəbər verir ki, mövzu ilə bağlı təfərrüatlar BƏƏ xəbər agentliyinin X-də paylaşdığı yazıda yer alıb.
Xəbərə görə, Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olacağı rəsmiləşib.
BƏƏ-dən verilən açıqlamada pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyasız olacağı bildirilib. Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi sayəsində çox qısa olan 10 dəqiqəyə enəcək.
Uçan taksinin maksimal uçuş məsafəsi 161 kilometr, maksimal sürəti isə saatda 320 kilometrdir. Uçan taksi xidmətinin cəmi 4 fərqli stansiyanın olacağı da paylaşılan məlumatlar arasındadır. Bu stansiya nöqtələri aşağıdakılardır:
Dubay Beynəlxalq Hava Limanı
Downtown şəhər mərkəzi
Dubay Marina
Palm Jumeirah
Uçan taksi xidməti ilə 45 dəqiqəlik səyahət vaxtı olan Dubay Beynəlxalq Hava Limanı və Palm Jumeirahın 10 dəqiqəyə endiriləcəyi də vurğulanıb.