2022-ci ilin birinci rübündə “Netflix” striminq xidməti 2.5 milyon nəfər artım proqnozlaşdırmasına baxmayaraq, 200 min abunəçini itirib.
İndex.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
Bunun səbəbləri arasında yüksək inflyasiya, bazardakı rəqabət və Ukraynadakı vəziyyət göstərilib. Rusiyada xidmətin dayandırılması səbəbindən Netflix bu ölkədən 700 min istifadəçisini itirib.
Şirkətin Nyu-York birjasında səhmləri 25% ucuzlaşıb və 257.28 dollara düşüb, ümumilikdə xidmət bazar dəyərinin təxminən 40%-ni itirib. “Netflix” abunəçilərin sayının daha da azalacağını proqnozlaşdırır
Xatırladaq ki, martın 6-sı “Netflix” Ukraynadakı hadisələrə görə Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. Bundan əvvəl məlum olub ki, şirkət Rusiyadakı layihələri üzərində işləri dayandırıb. Martın sonunda “Netflix” tətbiqi artıq Rusiya istifadəçiləri üçün “App Store” və “Google Play” mağazalarında əlçatmaz olub.