Valyuta hərraclarındakı satış 85% artıb

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 7 milyard 170,1 milyon ABŞ dolları məbləğində satış olub.

İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən illə müqayisədə 84,9% çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 566,2 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,2% azdır.