Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək

Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.

İndex.az xəbər verir ki, bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hökümə ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır:

“Bizə verilən məlumata görə, bu gün onun nəşi təhvil veriləcək. Hadisədən xəbərim yox idi. Təsadüfən zəng etdim cavab vermədi. Sonradan öyrəndim ki, rəhmətə gedib. Qardaşına deyiblər ki, bu gün 12-dən sonra təhvil veriləcək. Qapalı qız idi, işi ilə bağlı heçnə danışmazdı”.