Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.