İcbari sığortalar üzrə ödənişlərdə kəskin artım

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığortalar üzrə ümumilikdə 163 milyon 465,4 min manat sığorta haqqı toplanıb.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə icbari sığortalar üzrə ödənişlərin məbləği isə 72 milyon 994,9 min manat təşkil edib. Bu isə illik müqayisədə 86,6 % çoxdur.

Yanvar-iyul aylarında icbari sığortalar üzrə toplanmış hər 100 manat sığorta haqqının 44,65 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,6 manat olub.