
Bu il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7% çox – 738,4 min olub.
İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yanvar-nay aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 6,6% artaraq 42,6 min təşkil edib.
5 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,4% artaraq 195,7 minə çatıb.