“Google” “Vertex AI”də süni intellekt dəstəyini işə salır

“Google”, şirkətin maşın öyrənmə platforması “Vertex AI”də generativ süni intellekt dəstəyinin işə saldığını elan edib.

İndex.az xəbər verir ki, “Google”un “PaLM 2”, “Imagen” və “Codey” kimi modellərinə əsaslanan “Vertex AI” tərtibatçılara mətn yaratmaq və təsnif etmək kimi tapşırıqlara çıxış təklif edir.

Bununla yanaşı istifadəçilər “Vertex AI” vasitəsi ilə “ChatGPT”də olduğu kimi çoxtərəfli söhbət təcrübələri yaratmaq, semantik axtarış və tövsiyə motorlarından istifadə edə biləcəklər.