Çinin ixracı gözləniləndən çox azalıb

Çinin ixrac və idxalı may ayında zəifləyib.

İndex.az xəbər verir ki, hökumətin məlumatlarına görə, Çin ixracatı ötən illə müqayisədə 7,5% azalaraq iqtisadçıların 0,4%-lik proqnozlarını üstələyib.

İdxal isə illik müqayisədə 4,5% azalaraq gözləntilərdən geri qalıb.

İqtisadçıların gözləntiləri idxalın 8% azalacağı idi.

Bununla yanaşı ticarət profisiti gözləntilərdən aşağı düşərək 65,81 milyard dollar təşkil edib.