“Apple” “Vision Pro” başlığını təqdim etdi

“Apple” yeni məhsulunu istifadəçilərinə təqdim edib.

İndex.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Apple”, 2014-cü ildən bəri ilk yeni əsas məhsul xətti olan “Vision Pro” başlığını təqdim etib.

Bununla yanaşı “Apple”, öz yeni texnologiyalarını, o cümlədən “iOS 17” yeniləməsi, 15 düymlük “MacBook Air”, “M2 Ultra” çipi və digər yenilikləri illik tədbiri olan WWDC-də paylaşıb.

Tədbirdə bildirilib ki, məhsul gələn ilin əvvəlində 3499 dollardan başlayan qiymətlərlə ABŞ-da “apple.com” və “Apple Store” mağazalarında satışa çıxarılacaq.

“Apple” şirkətinin “Vision Pro” ilə bağlı verdiyi açıqlamada məhsulun şirkətin ilk məkan kompüteri olduğu qeyd edilib.