“Twitter”in reklam gəlirləri kəskin azalıb

İlon Mask bir müddət əvvəl “Twitter”in reklam işinin yüksəlişdə olduğunu bildirsə də, gəlirlərdə kəskin azalma var.

İndex.az xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, “Twitter”in ABŞ-da aprelin ayı üzrə reklam gəliri ötən illə müqayisədə 59% azalaraq 88 milyon dollar olub.

Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkətin ABŞ-da həftəlik satış proqnozları müntəzəm olaraq 30%-ə qədər aşağı düşüb.

Proqnoza görə, bu performansın tezliklə yaxşılaşacağı ehtimalı yoxdur.