“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Yevlaxda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İndex.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax şəhərində görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Sarayının qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyunun 8-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.