Aİ Rusiya vətəndaşlarının 24,1 milyard avro vəsaitini dondurub

Bu ilin mayın sonuna olan məlumata görə, Avropa İttifaqı sanksiyalar siyahısına daxil edilmiş Rusiya vətəndaşlarının 24,1 milyard avro şəxsi vəsaitini dondurub.

İndex.az xəbər verir ki. bu rəqəmi bu gün “Welt am Sonntag” nəşri adlandırıb.

Nəşr bildirir ki, Aİ 2022-ci ilin dekabrına qədər rusların 18,9 milyard avroluq şəxsi aktivlərini dondurub.

Mayın sonuna Rusiya oliqarxlarının dondurulmuş vəsaitlərinin həcmi 24,1 milyard dollar təşkil edib.