“Nvidia”nın bazar dəyəri 1 trilyon dollara yaxınlaşıb

Çip istehsalçısı “Nvidia”nın səhmləri 28,4% artaraq 394,80 dollar olub.

İndex.az xəbər verir ki, Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın bazar dəyəri gözləntiləri üstələyən gəlir təxminlərindən sonra 1 trilyon dollara yaxınlaşıb.

“Nvidia”nın növbəti rüb üçün satış proqnozları bazar gözləntilərini üstələdiyi üçün şirkətin səhmləri artıb.

“Nvidia”nın dünən açıqladığı büdcə hesabatında, gələcək rüb üçün gəlir gözləntisinin 11 milyard dollar olduğu bildirilib.

Bazar gözləntiləri isə 7,2 milyard dollar olacağı idi.