“Aztelekom”a işçilər tələb olunur

Aztelekom

Satınalma üzrə mütəxəssis

Son tarix 25 iyn 2023 [email protected]

Vəzifə öhdəlikləri:

Satınalma üzrə mütəxəssis aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:

  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Sifarişlərin hazırlanması və nəzarətdə saxlanılması;
  • Qiymətlərin araşdırılması və müqaisə olunması;
  • Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmalıdır;
  • “Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Kvalifikasiya üzrə tələblər və bacarıqlar:

Satınalma üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı  tələblərə uyğun olmalıdır:

  • Ali  təhsilli;
  • Sahəsi üzrə 5 il əmək stajına malik olmalı;
  • Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
  • İşlərin planlaşdırılması və analizi;
  • Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
  • MS Office proqramlarını mükəmməl bilməlidir;
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində Satınalma üzrə mütəxəssis vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Son göndərilmə tarixi: 25.06.2023

 

Məhsul üzrə mütəxəssis

Son tarix 24 iyn 2023 [email protected]

Əsas vəzifə və öhdəlikləri:

  • Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
  • Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
  • Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
  • Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
  • Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
  • Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
  • İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
  • Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
  • Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
  • MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
  • MS Office, MS Outlook, yüksək səviyyədə MS Excel;
  • Minimum 3 il (əsasən B2C istiqamətli)
  • Azərbaycan, Rus, İngilis dilləri
  • Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (Trello);
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və    biznes keysləri həyata keçirmək üzrə təcrübə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq  tələblərə uyğun olan namizədlər mövzu  hissəsində Məhsul üzrə mütəxəssis vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Marketing üzrə baş mütəxəssis

Son tarix 24 iyn 2023 [email protected]

İş barədə məlumat:

  • Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
  • Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək;
  • Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
  • Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
  • Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
  • Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
  • Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
  • Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;

Tələblər:

  • Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
  • Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və  reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan, Rus və İngilis dili arzuolunandır;
  • İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
  • Analiz və təhlil bacarığı;
  • Problem həlli bacarıqları;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Reklam və sosial media, baş mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Kibertəhlükəsizlik sistemləri üzrə administrator

Son tarix 11 iyn 2023 [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək
  • Müəssisənin, müasir standartların və çağırışların tələblərinə uyğun olaraq yeni texnologiyaların araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyələr vermək
  • Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
  • Təkliflər əsasında çatışmazlıqları aradan qaldırmaq və daim sistemlərin inkişaf etdirilməsini təmin etmək
  • Müvafiq sistemlərin arxitekturası, işləmə prinsipinə dair texniki sənədləşməni aparmaq
  • Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək

Tələb və bacarıqlar:

  • İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
  • Ingilisi dili biliyi (texniki səviyyədə yaxşı);
  • Kibertəhlükəsizlik sistemlərinin (PAM, DLP, Antivirus/EDR, MDM və s.) administrasiyası üzrə təcrübəyə malik olmalı;
  • İnformasiya Təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər barədə biliklərə malik olmalı;
  • Server Əməliyyat Sistemləri (Windows Server, Linux) barədə məlumat;
  • Şəbəkə protokolları və texnologiyaları haqqında biliklərə (DNS, DHCP, AAA, radius və s.) malik olmalı;
  • Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığ;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Kibertəhlükəsizlik sistemləri üzrə administrator” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 10.06.2023.

 

İnformasiya təhlükəsizliyi üzrə “İdarəetmə, Risk və Komplayns” mütəxəssisi (GRC)

Son tarix 11 iyn 2023 [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi;
  • Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
  • Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
  • İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar;
  • Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət.

Tələb və bacarıqlar:

  • İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
  • ISO27001 standartı üzrə biliklər;
  • İT risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bacarıqlar;
  • Microsoft Office proqramlarının biliyi;
  • İngilis dili upper-intermediate səviyyəsində;
  • İT sistem və şəbəkə üzrə anlayış;
  • Şifahi və yazılı ünsiyyət bacarığı.

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində İnformasiya təhlükəsizliyi üzrə “İdarəetmə, Risk və Komplayns” mütəxəssisi (GRC)” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 10.06.2023.

 

Kibertəhlükələrin analizi üzrə mütəxəssis

Son tarix 11 iyn 2023 [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Daxil olan sorğular üçün təhdidlərin xarakterini, məlumat mənbələrini müəyyənləşdirmək;
  • “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək;
  • Məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək;
  • Yeni IOC müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək;
  • Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat hazırlamaq;
  • Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək;
  • Hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək

Tələb və bacarıqlar:

  • İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
  • Microsoft Office proqramları;
  • İngilis dili biliyi (texniki səviyyədə yaxşı);
  • Güclü analitik və səbəbli analiz bacarıqları;
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Jurnal formatları üzrə biliklər;
  • Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış;
  • Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə;
  • Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu  hissəsində Kibertəhlükələrin analizi üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 10.06.2023.