Bill Qeyts: “Gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq”

“Microsoft”un yaradıcısı Bill Qeyts bəyan edib ki, gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts bu barədə iqtisadi forumda pandemiyanın mümkün inkişafı ssenarisi barədə danışarkən deyib.

“Yeni ştammlar ortaya çıxmasa, – bunu heç vaxt istisna etmək olmaz – , rəqəmlər mövsümi qripin göstəricilərindən də aşağı düşə bilər”,- Qeyts əlavə edib.

Bill Qeyts, həmçinin qeyd edib ki, koronavirus infeksiyası və qripə yoluxmanın, ölüm hallarının azalması iqtisadiyyatın tam bərpası üçün siqnal olacaq.

Bakıvaxtı.az