"Bakı Fond Birjası"nın dövriyyəsi 19% artıb

2021-ci ildə “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 300,75 milyon manat təşkil edib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 18,6% çoxdur.

Buna da bax: Kriptovalyuta ilə varlanan milyarderlər kimlərdir?

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 11 828 olub.

BFB-nin dövriyyəsinin 47,6%-i, yaxud 7 287,806 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,6 dəfə azalaraq 816,611 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,3 dəfə artaraq 7 196,335 milyon manat olub.