Çaya düşən kamera 13 ildən sonra tapılıb: Şəkillər sağlam şəkildə çıxıb

ABŞ-ın Kolorado ştatında çayda rəqəmsal fotoaparat tapan şəxs içindən çıxan fotolar sayəsində kamera sahibinə çatıb.

Coral Amayi 2010-cu ildə Koloradoda Animas çayında “rafting” edərkən rəqəmsal kamerası çaya düşüb. O, hadisəni unutmuşdu, ancaq fotoaparatına yenidən qovuşub.

Spencer Greiner balıq tutmaq və zibil toplamaq üçün çaya getdiyi zaman palçıqda ‘aşınmış’ vəziyyətdə bir kamera tapıb.

Təəccüblüdür ki, kameranın yaddaş kartı işləməyə davam edib, içindəki fotoşəkillər isə sağlam idi.

Qreyner “Facebook”səhifəsində paylaşdığı şəkillərin altına bu qeydi yazıb: “2010-cu il iyunun 12-də Duranqo bölgəsində evləndiniz? “Bekarlıq gecənizdə qəhvəyi SW avtomobiliniz var idi? Bu insanlardan hər hansı birini tanıyırsınız? Əgər belədirsə, mənimlə əlaqə saxlayın”.

Mesaj sahibinə bir gündən az müddətdə çatıb. Arizonada yaşayan Coral Amayi sosial şəbəkədə yazıb. “2010-cu ildə Animasda itirdiyim kameranı kimsə tapdı və şəkilləri yüklədi”.