Ölkədəki 1,3 milyon avtomobilin 80-90%-i köhnədir

“Müvafiq addımların avtomobil parkında müsbət nəticələri hiss ediləcək”.

İndex.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.

“2019-cu ilin yanvar ayının 1-dən tam elektrik mühərriklə işləyən nəqliyyat vasitələri ƏDV-dən azad olundu. Növbəti ildən isə hibrid mühərrikli avtomobillərin də ƏDV-dən azad olunması nəzərdə tutulub.

Ölkəmizdə köhnə avtomobillər kifayət qədər çoxdur. Azərbaycanda 1 milyon 300 minə qədər avtomobil var və onların təxminən 80 faizi, bəlkə də 90 faizi köhnə avtomobillərdir. Sözsüz ki, müvafiq addımların müsbət nəticəsini hiss edəcəyik”.