Niyə maşında ürəyimiz bulanır?

Biz avtomobildə hərəkətdə olarkən daxili qulağımızdakı kanallardakı maye və otolit daşları həyəcanlanır və tarazlığı qorumaq üçün beynimizə sürətlənmə haqqında məlumat verən mesajlar göndərir.

Digər tərəfdən, nəqliyyat vasitəsinin sabit bir nöqtəsinə baxarkən (xüsusilə kitab və ya başqa bir şey oxuyarkən) gözlərimiz beynə hərəkətdə deyil, sabit bir yerdə gözlədiyimiz mesajları göndərir.

Beyin daxili qulaqdan “hərəkət edirsən” mesajını, gözdən isə “hərəkət etmirsən” mesajını aldıqda çaşqınlıq keçirir. bu iki qeyri-təbii siqnal arasında nə edəcəyini bilməyən bədən qan təzyiqinin yüksəlməsi, ürəkbulanmaya bənzər reaksiyalar göstərir.