Sərhəddə 1 yaşlı uşağı ölümə tərk etdilər

Dünya Arizonada Meksika-ABŞ sərhədindən görüntüdən danışır.

İndex.az xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülər insan qaçaqmalçılarının vicdansızlığını ortaya çıxarıb.

İnsan qaçaqmalçıları az qala 1 yaşlı uşağı ABŞ sərhədində ölümə tərk ediblər.

Sərhəddə tək qalan uşaq patrul xidmətinin həmin anı fərq etməsi ilə xilas edilib.

ABŞ Sərhəd Xidmətinin rəisi Raul Ortiz hadisəni “Twitter”də paylaşaraq, çevik hərəkət edən zabiti tərifləyib.

“Təmsilçimizin çevik reaksiyası sayəsində faciənin qarşısı alındı” – deyən Ortiz, uşağın səhhətinin yaxşı olduğunu bildirdi.