“Bitkoin”in qiyməti 28 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutası – “Bitkoin” 28 min ABŞ dollardan çox bahalaşıb.

İndex.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 1,62% bahalaşaraq  28,185 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 544 milyard 967 milyon 265 min ABŞ dollarına kimi artıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,83 % artaraq 1,809 min ABŞ dollarından çox olub.

Kriptovalyuta bazarının toplam dəyəri 1 trilyon 184 milyard 750 milyon 656 min ABŞ dollarından çox artıb.