Sabah “Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı olacaq

Mart ayının 15-də saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.