“Porsche” ötən il rekord gəlir əldə edib

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan “Porsche AG” 2022-ci ildəki qazancını açıqlayıb.

İndex.az xəbər verir ki, bu gün keçirilən illik mətbuat konfransında Volkswagen tərkibində fəaliyyət göstərən şirkətin çox uğurlu bir il keçirdiyini göstərən məlumatlar paylaşıldı.

“Volkswagen”in baş direktoru vəzifəsini də icra edən “Porsche” CEO-su Oliver Blume, 2022-ci ildə 13,6% artım olduğunu açıqladı və gəlirin 37,6 milyard avro olduğunu açıqladı. 2021-ci ildə bu rəqəm 33,1 milyard avro olub.

Açıqlamalarda həmçinin “Porsche”nin əməliyyat mənfəətinin əvvəlki illə müqayisədə 1,5 milyard (27,4%) artaraq 6,8 milyard avroya çatdığı, nəqliyyat vasitələrinin tədarükü və xalis pul axınında rekordlar qırdığı bildirilib.