“Azəriqaz” rəhbərliyinin Saatlı, İmişli və Sabirabad sakinləri ilə görüşü olacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Sabirabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, 13 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050 845 94 67; 021 25 5 43 59) müraciət edə bilərlər.