Asiya-Sakit Okean bazarları əsasən investorların bölgədəki bir sıra əsas iqtisadi məlumatlara əhəmiyyət verməsi ilə yüksəldi.
İndex.az xəbər verir ki, Çin Milli Statistika Bürosu istehsal sektoru indeksinin 2012-ci ilin aprel ayından sonra ən yüksək səviyyəyə çataraq fevral ayında 52,6-ya yüksəldiyini bildirib.
Honkonqun “Hang Seng” indeksi 3,04%, “Hang Seng Tech” indeksi isə 4,6% bahalaşıb.
Çində “Shenzhen Componite” indeksi 0,89%, Shankhai Composide” indeksi isə 0,69% ucuzlaşıb.
Avstraliyada “S&P/ASX 200” indeksi 0,11% artıb.
Yaponiyada “Nikkei 225” indeksinin qiyməti sabit qalıb. Son iki il ildə fabrik fəaliyyəti azaldığından “Topix” fevral ayında 0.1% ucuzlaşıb.