“General Motors” da son ixtisar dalğasına qoşuldu.
İndex.az xəbər verir ki, “Generel Motors” balansındakı pul vəsaitlərini qorumaq və mənfəətini artırmaq üçün 500 işçini ixtisar etməyə hazırlaşır.
1 ay əvvəl şirkətin ixtisar edəcəyi ilə bağlı yayılan iddialara cavab verən “General Motors”un baş direktoru Meri Barra və maliyyə direktoru Paul Ceykıbson həmin vaxt məlumatların yalan olduğunu və şirkətin hər hansı ixtisarı planlaşdırmadığını bildirmişdilər.
CNBC-nin xəbərinə görə isə, “General Motors”un İnsan Resursları üzrə Baş Mütəxəssisi Arden Hoffman şirkətin növbəti iki il ərzində xərclərə qənaət etmək üçün 2 milyard dollarlıq hədəfi olduğunu təsdiqləyib.
Qeyd edək ki, 500 işçinin ixtisarı şirkətin maaş alan işçilərinin 1%-dən azını təşkil edir.