“Nissan” “Robot taksi” sınaqlarına başlayır

“Nissan” son zamanlar özü idarə olunan avtomobillər konsepti ilə çox maraqlanır.

Nəticədə şirkət Çinin Suzhou şəhərində “Robotaksi” sınaqlarına başlayacağını açıqladı. Bu sınaqların başlaması ilə yapon istehsalçısı gələcəyin ilk avtonom taksi şirkəti olmağı hədəflədiyini bildirdi.

Qeyd edək ki,  “Nissan” gələn mart ayında avtonom taksi sınaqlarına başlayacaq. Şirkətin həm kommersiya, həm də avtomobil texnologiyalarına doğru bu addımı digər markalara da fayda verəcək. Yaxın gələcəkdə həyata keçirəcəyi sınaqlarla yanaşı, saysız-hesabsız trafik ssenariləri də yaşayacaq.