
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 31 844 vaksin vurulub.
Buna da bax: Koronavirusa yoluxanların bu günə olan statistikası
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.