Rusiyalılara Arktikada pulsuz torpaq paylanır – FOTO

Rusiyanın bütün bölgələrinin sakinləri Arktika zonasında pulsuz torpaq sahəsi hüququ əldə ediblər.

Müvafiq qanun 2022-ci il fevralın 1-dən qüvvəyə minib.

İndiyədək “Arktik hektar” yalnız Arktikadakı ərazilərin sakinlərinə verilirdi.

Rusiyalılara Arktikada pulsuz torpaq paylanır - FOTO
Bildirildir ki, rusiyalılar altı regionda – Murmansk vilayətində, Nenets Muxtar Dairəsində, Yamalo-Nenets Muxtar Dairəsində, Kareliyada, Komi Respublikasında, Arxangelsk vilayətində torpaq almaq hüququ var. Ərizə bir nəfər və ya kollektiv (on nəfərə qədər) tərəfindən təqdim edilə bilər. Torpaq həmçinin xaricdə yaşayan miqrant  rusiyalılara da ayrıla bilər.

Proqramın rəsmi portalında interaktiv xəritədə topraq sahəsini seçmək mümkündür. Torpağın özəlləşdirilməsi və ya icarəyə vermək hüququ  beş ildən sonra mümkün olacaq.