DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"

“Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq”.

Buna da bax: Bəzi şəxslərin pensiyası niyə artmadı?

İndex.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək.