Şuşadakı əmlaklar 410 min manata qiymətləndiriləcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Real Prays” MMC ilə müqavilə bağlayıb.

Index.az xəbər verir ki, müqavilədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin balansına verilmiş əmlakların qiymətləndirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 410 005 manatdır.

Söhbət 221 ədəd abidə və digər tarixi tikilidən, 32 ədəd çoxmənzilli yaşayış evindən gedir.