Bakıda yeni “Mall” tikilir.
İndex.az-ın məlumatına görə, Emin Ağalarov Bakıda “Sea Breeze Mall” tikdirir.
Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov bildirmişdir ki, Bakıda “Sea Breeze” kurort qəsəbəsi ərazisində ticarət mərkəzinin tikintisi başlayacaq.
“Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram”, – Ağalarov deyib.
Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.
Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır.
Banker.az “Sea Breeze Mall”un görüntülərini təqdim edir:
Banker