“Lukoil”un səhmlərinin qiyməti tarixi maksimumu yenilədi

Rusiyanın aparıcı neft şirkəti – “Lukoil”un səhmlərinin qiyməti ilk dəfə 7 500 rublu (təxminən 108 ABŞ dolları) keçib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva Fond Birjasında ticarətin gedişatında səhmlərin qiyməti 7 517 rubla çatıb.

Qiymətli kağızların bahalaşması dünya bazarında neftin qiymətinin artması fonunda baş verir. Əmtəə birjalarında gələn ilin yanvar ayında çatdırılmaq şərtilə “Brent” markalı “qara qızıl”ın fyuçers qiymətləri 85 dollar/barel üzərində qərarlaşıb.