“Fermerlər krediti alınca məhsul mövsümü bitir” – Deputat

“Azərbaycanda fermerlər 5-10 min manat kredit almaq istəyəndə, onlardan o qədər sənəd istəyirlər ki, krediti alınca məhsul mövsümü bitir”.

İndex.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

“Təklif edirəm ki, kiçik məbləğli kreditlər xüsusi proqramla verilsin. Məsələn, 25 min manata qədər kreditlər 2 həftə ərzində ayrıla bilər. Ötən həftə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov burada olanda da bu məsələni dilə gətirdim”, – deyə o, qeyd edib.