Sahibkarların bank hesabı açması asanlaşacaq

Azərbaycanda vergi ödəyicilərinin bank hesabı açması proseduru sadələşdiriləcək.

İndex.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.

Sənəddə deyilir ki, vergi  ödəyicisinin  bank əməliyyatları  aparan  şəxslərdə hesab  açmaq  üçün  vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək.

Nəticədə bank hesabı vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.