Bu il xalis maliyyə aktivləri 3 milyard dollardan çox artıb

Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 3 376,3 milyon ABŞ dolları artırıb.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 62,8 milyon ABŞ dolları artması (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə az), portfel investisiyalarının 280,5 milyon dollar artması (10% çox), digər investisiyaların isə 3 033,0 milyon dollar artması (11,8 dəfə çox) təmin edib.