Avtomobil istehsalı avqustda 17% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1389 vahid avtomobil istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil istehsalı 14,4% artıb.

Təkcə avqust ayında 179 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 17% və ya 26 vahid çoxdur.

Sentyabrın 1-nə hazır məhsul ehtiyatı isə 229 minik avtomobili təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 2043 minik avtomobili istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 94 vahid və ya 4,8% çoxdur.

Mənbə – APA