
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 9 117 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çox vəsait yönəldilib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,1% azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar 22,5% artıb.
İstifadə olunmuş vəsaitin 5 306,3 milyon manatı və yaxud 58,2%-i məhsul istehsalı sahələrinə, 3 292 milyon manatı və yaxud 36,1%-i xidmət sahələrinə, 518,7 milyon manatı və yaxud 5,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
8 aylıq investisiya qoyuluşunun 6 843,3 milyon manatını və yaxud 75,1%-ni daxili vəsaitlər təşkil edib, 6 642,6 milyon manatı və yaxud 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitlər 51%, büdcə vəsaitləri 34,5%, əhalinin şəxsi vəsaitləri 7,2%, sair vəsaitlər 4,4%, bank kreditləri isə 2,9% paya malik olub.