Sabah Sumqayıtın qaz təchizatında fasilə yaranacaq

Sabah Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İndex.az SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, sentyabrın 13-də saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.