Bir neçə gün öncə Kürdəmir rayonu İcra Hakimiyyətinin SMM xidmətlərinin satın alınması üçün keçirilmiş tenderdə Emin Məmmədzadə adlı şəxslə 26 400 manatlıq müqavilə imzaladığı xəbərləri yayılmışdı.
Məsələ ilə bağlı İndex.az olaraq Kürdəmir Rayon İcra Hakimiyyət ilə əlaqə saxladıq.
Kürdəmir RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov İndex.az-a bildirdi ki, adıçəkilən şəxslə heç bir müqavilə bağlanmayıb:
“Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq SMM xidmətlərinin satın alınmasını təmin etmək məqsədi ilə keçirilmiş açıq tender (elektron satınalma) prosedurunda 2 fiziki,1 hüquqi şəxs öz tender təkliflərini təqdim etmiş və hər 3 təşkilatın tender təklifləri müqayisə olunmuşdur. Yekunlaşmış açıq tender prosedurunda ən aşağı, yəni 26 400,00 manat dəyərində tendər təklifini Emin Adil oğlu Məmmədzadə təqdim etmişdir.
Yekunlaşmış açıq tender prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokolu təsdiq olunmadığından Emin Adil oğlu Məmmədzadə il heç bir satınalma müqaviləsi bağlanılmamışdır”.