Pul bazamız 16 milyard manatı keçib

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 16 milyard 204,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 9,7% azalıb, son 1 ildə isə 13,35% artıb.