SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Qəbələ rayonunda vətəndaş qəbulu keçiriləcək.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, sentyabrın 5-də saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.