Britaniyalılar istilik sistemindən imtina edirlər

Böyük Britaniyada demək olar ki, hər dörd nəfərdən biri bu qış istilik sistemini işə salmaq niyyətində deyil.

“Savanta ComRes”in araşdırmasına görə, buna səbəb enerji qiymətlərindəki rekord artımdır.

Sorğunun nəticələrinə əsasən, britaniyalıların 23%-i bu qış isitmə sistemini yandırmamaq qərarına gəlib. Respondentlərin 69%-i istilik dərəcəsini aşağı salmağı planlaşdırır.

Rəyi soruşulanların 11%-i isə enerji xərclərini ödəmək üçün kredit götürməyi düşünür.