Kriptobirja səhvən müştəriyə 100 dollar əvəzinə 10.5 milyon dollar köçürüb

Dünyanın ən böyük kriptobirjalarından biri olan “Crypto.com” səhvən Melburndan olan müştəriyə 10.5 milyon dollar göndərib. Qadın bu məbləğin bir hissəsini artıq xərcləyib, şirkət isə yanlışlıqdan hələ altı ay sonra xəbər tutub. Vurğulanır ki, pullar məhkəmə vasitəsilə qaytarılacaq.

Hadisə 2021-ci ilin mayında, Melburndan olan “Crypto.com” müştərisi 100 dollar çəkməyi istəyəndə baş verib. Lakin onun hesabına 10.5 milyon dollar köçüb. Böyük transferə baxmayaraq, şirkətin bundan xəbəri olmayıb.

İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət səhvi aşkar etdikdə, müştəridən mənimsənilən pulu qaytarmağı tələb edib. Avqust ayında məhkəmə qadının yeni aldığı evi satmağı və aldığı pulu tam həcmdə birjaya qaytarmağı tələb edən iş üzrə qərar verib.